BMT: "Son 3 ildə Suriyada yüz mindən çox insan ölüb" STATİSTİKA

BMT: "Son 3 ildə Suriyada yüz mindən çox insan ölüb" STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Suriyadakı son vəziyyəti qiymətləndirmək üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının tələbi ilə qeyri-rəsmi iclas keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, BMT Fövqəladə Hallar Komissiyasının koordinatoru Valerie Amosun köməkçisi Kyung-Wha Kang Suriyada üç ildir ki, davam edən qarşıdurmalarda yüz mindən çox insanın öldüyünü, 680 min nəfərin isə yaralandığını açıqlayıb.

Onun sözlərinə görə, ötən 3 ildə 6,5 milyon suriyalı evini tərk edib: "Təkcə fevral ayında qarşıdurmalardan xilas olmaq üçün Hələbin şərqindən və çöllük ərazisindən 500 min insan evini tərk etmək məcburiyyətində qalıb".

Dövlət əhəmiyyətli infrastruktur müəssisələrinin fəaliyyətini dayandırdığını deyən Kang bildirib ki, Suriyada məktəblərin 18%-i, xəstəxanaların 64%-i ifadəyə yararsız haldadır: "Ölkədə su şəbəkəsinin 50%-i fəaliyyət göstərmir, tarixi və mədəni abidələrin əksəriyyəti hərbi məqsədlərlə istifadə olunur, digərləri isə bombalanaraq dağıdılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə