Angela Merkeli İsraildə Adolf Hitlerə oxşatdılar

Angela Merkeli İsraildə Adolf Hitlerə oxşatdılar

Almaniya kansleri Angela Merkel Almaniya-İsrail Hökumətlərarası Müşavirdə iştirak etmək üçün İsrailə gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın 16 nazirindən ibarət nümayəndə heyətinə başçılıq edən Merkel İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Daha sonra iki liderin keçirdiyi mətbuat konfransında "Jerusalem Post" qəzetinin fotomüxbirinin çəkdiyi foto qalmaqala səbəb olub. Belə ki, Netahyahu danışarkən onun əlinin kölgəsi Merkelin sifətində bığ yaradıb. İnsanların diqqətini cəlb edən isə bu bığın Almaniya kanslerini 6 milyon yəhudini qətlə yetirən Nazı Almaniyasının lideri Adolf Hitlerə oxşatmasıdır. Şəkil qəzetdə yayımlanmasa da sosial şəbəkələrdə paylaşma rekordu qırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə