Məhkəmədə baxılması gözlənilən plana görə, pensiyaçılara ödənişlər 30 faiz ixtisar ediləcək.
Detroytun kreditorları şəhərin borc götürdüyü məbləğin yalnız 20 faizini ala biləcəklər.
Detroyt hökuməti keçən ilin iyul ayında iflas haqqında bəyanat verib və etiraf edib ki, şəhər 18 milyard dollarlıq borcun öhdəsindən gələ bilmir.
Vaxtilə ABŞ-ın avtomobil sənayesinin paytaxtı olmuş Detroyt son onilliklərdə iqtisadi tənəzzül keçirir, şəhərin əhalisi və vergi bazası isə xeyli azalıb.
2000-ci ildən 2010-cu ilədək şəhər sakinlərinin sayı 250 min nəfər azalıb. Sakinlərin əksəriyyəti yaşamaq üçün başqa ştatlara köçüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB