Misirin Nazirlər Kabineti istefa verib

Misirin Nazirlər Kabineti istefa verib

Bazar ertəsi Misirin baş naziri Xazim Əl-Bablavi dövlət televiziyasının efirində elan edib ki, hökumət tam heyətdə istefa verib.

Onun sözlərinə görə, ölkədə vəziyyətin bir qədər qarmaqarışıq olduğu indiki mərhələdə şəxsi maraqlar deyil, dövlətin mənafeyi ön plana çıxır və "biz ölkə naminə öz iddialarımızı qurban verməliyik".

O qeyd edib ki, başçılıq etdiyi kabinet heç də pis olmayıb və ötən dövrdə o, işdə yaxşı nəticələr əldə edə bilib. X.Bablavi deyib ki, yeni hökumət formalaşdırılanadək indiki kabinet öz işini davam etdirəcək.
Bəzi yerli KİV-lərin məlumatına görə, MƏR-in müvəqqəti prezidenti Adli Mansur Xazim əl-Bablavinin istefa vermiş kabinetində mənzil tikintisi və şəhər inkişafı naziri vəzifəsini tutmuş İbrahim Mahlaba yeni Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə