ABŞ Ukraynanın bölünməsində maraqlı deyil

ABŞ Ukraynanın bölünməsində maraqlı deyil

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib ki, Amerika Ukraynanın bölünməsində maraqlı deyil. Bu barədə SİA RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Ukraynanı bölünmüş görmək heç kimin maraqlarında deyil", - Rays NBC telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, Rusiya həmçinin Ukraynanın hakimiyyət və müxalifət arasındakı sazişin həyata keçirilməsində maraqlı olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə