Şəhərlərdə Avromaydan əleyhinə aksiyalara start verilib
Odessa və Kerç qarışır...

2 minə qədər avrointeqrasiya əleyhdarları Odessanın "Sobornıy" meydanına toplaşaraq əllərində Rusiyanın və SSRİ-nin bayraqlarını tutublar. SİA unian.net saytına istinadən xəbər verir ki, həmin vaxt bir kilometr uzaqlıqda avrointeqrasiya tərəfdarları mitinq keçiriblər.

Avrointeqrasiya əlayhdarları "Odessaya eşq olsun!", "Ar olsun!", "Yeni Rusiya" kimi şüarlar səsləndirilib və Böyük Vətən Müharibəsinə həsr olunmuş marşlar oxunub.

Yürüş iştirakçıları Şöhrət Alleyində naməlum matros abidəsi önünə əklillər düzdükdən sonra mitinqə başlayıblar. "Gənclərin Birliyi" təşkillatının lideri Anton Davidenko hər kəsi birləşməyə və Avromaydana qarşı çıxmağa səsləyib. Davidenko deyib ki, gələcək planları müəyyənləşdirmək üçün hər axşam Kulikovo çölündə yığışmaq qərarı verilib.

Mitinqdə "Vətən" Partiyasınının şəhər sovetinin deputatı Aleksanr Vasilyev də çıxış edib. O, partiyasının lideri İqor Markovun "millətçini döydüyünə görə" həbs edilməsini pisləyib və dərhal azadlığa buraxılması tələbi ilə çıxış edib.

Qeyd edək ki, Kerç şəhərində də vəziyyət gərginləşib. Belə ki, yürüş iştirakçıları meriyaya hücum edərək, Ukrayna bayrağını cırıb, Rusiya bayrağını asıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə