Həbsdən yenicə azadlığa çıxmış Yuliya Timoşenko baş nazir postundan imtina edib. SİA xəbər verir ki, Timoşenko bunu "Batkivşina"nın mətbuat xidmətinə deyib.
"Mənim baş nazir postuna təklif olunmağım sürpriz oldu. Çünki bu məsələni mənimlə heç kim nə razılaşdırıb, nə də ki, müzakirə edib. Mənə göstərilən hörmətə görə hər kəsə təşəkkür edirəm və baş nazir postuna namizədliyimin irəli sürülməməsini xahiş edirəm" - deyə Yuliya Timoşenkonun bəyanatında bildirilir.
Qeyd edək ki, "Batkivşina"dan olan deputat Nikolay Tomenko bu səhər mətbuata açıqlamasında bildirmişdi ki, baş nazir postuna üç namizəd var və onlardan biri də məhz Timoşenkodur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB