Türkiyə Suriya üzrə BMT-nin qətnaməsini alqışlayır

Türkiyə Suriya üzrə BMT-nin qətnaməsini alqışlayır

Türkiyə Suriyadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini alqışlayır. Bu barədə SİA Anadolu agentliyinə istinadən məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir ki, qətnamə qısa müddətdə həyata keçirilməlidir.

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyada işləmək üçün humanitar təşkilatlara şəraitin yaradılmasının və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayır.

Bəyanatda həmçinin bildirilir ki, əgər Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının qətnaməsinə məhəl qoymayaraq öz öhdəliklərini yerinə yetirməsə, ona sazişin mətninə uyğun olaraq tədbirlər tətbiq edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə