Ukraynanın Regionlar Partiyası Yanukoviçi xəyanətdə ittiham etdi

Ukraynanın Regionlar Partiyası Yanukoviçi xəyanətdə ittiham etdi

"Qarşıdurmalarda həlak olan insanların günahı Viktor Yanukoviçin və onun yaxın ətrafının üzərindədir". SİA-nın məlumatına görə, bu haqda Ukraynanın Regionlar Partiyası adından yayılan rəsmi bəyanatda bildirilib.

Ukrayna Ali Radasında fraksiya şəklində təmsil olunan Regionlar Partiyasının bəyanatında o da vurğulanıb ki, Ukrayna xalqı hazırda çətin mərhələdədir və ölkə aldadılmış, oğurlanmış vəziyyətə düşüb: "Lakin bu mövcudluq heç də ailə başçılarını, övladlarını itirmiş ukraynalı insanlardan artıq deyil. Ukrayna satılıb və insanlar qarşıdurmaya sövq edilib. Bütün bunların günahkarı isə Yanukoviç və onun yaxın ətrafıdır.
"Biz Yanukoviçin qaçmasını və iradəsizliyini, xəyanətini, əsgər və zabitlərə atəş açmaq əmrlərini qınayır, onu ittiham edirik".

Bəyanatda o da bildirilib ki, qanunsuz mühakimələr, insanları qorxutmaq, hədələmək kimi hadisələr demokratik cəmiyyətə zərbə vura bilər.

Xatırladaq ki, Ukraynanın Regionlar Partiyası son günlərə qədər hakim partiya kimi fəaliyyət göstərirdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə