Maydan hadisələrində yaxından iştirak edən müxalifətçi deputatlar Ukraynada formalaşacaq yeni hakimiyyətə qarşı müxalifət ola biləcəklərini bildirməkdə davam edirlər. SİA ölkənin unian.net saytına istinadən xəbər verir ki, Ukrayna parlamentinin deputatı Yuriy Stsets bununla bağlı facebook səhifəsindəki statusunda yazıb: "Əgər Ali Radanın kuluarlarında vəzifələr uğrunda yenidən gizli sövdələşmələr və danışıqlar aparılacaqsa, mən müxalifətə keçəcəyəm və istənilən şəxslərə qarşı aktiv ictimai hücumlar təşkil edəcək, bütün təsir imkanlarından istifadə edəcəyəm".
Qeyd edək ki, deputat Stsetsdən öncə digər Ali Rada təmsilçisi İnna Boqoslovskaya da artıq parlamentdə rüşvət və korrupsiyanın baş qaldırdığını iddia edib. Xanım deputat bir sıra həmkarlarını vəzifə və qruplarda təmsil olunmaları üçün pul kisələrinin açdığını deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB