Ukrayna Ali Radasının təhlükəsizlik məsələləri üzrə rəsmi nümayəndəsi Valentin Nalivayçenko parlamentdəki çıxışı zamanı bildirib ki, ölkənin eks-baş prokuroru Viktor Pşonkanın və eks-nazir Aleksandr Klimenkonun şəxsi mühafizəçiləri sərhəd-keçid məntəqəsində onlardan pasport istənilərkən sərhədçilərə atəş açıblar. SİA Ukraynanın unian.net saytına istinadən xəbər verir ki, Nalivayçenko insidentlə bağlı baş prokurorluğun məşğul olacağını deyib.
O, deputatların suallarını cavablandırarkən deyib: "Bu həqiqəətdir ki, onlardan sənəd istənildiyi zaman buna atəşlə cavab veriblər. Ukraynanın baş prokurorluğu qanuni sanksiyalar tətbiq edərək, bu işi ciddi şəkildə üzərinə götürməli və araşdırmalıdır".
Qeyd edək ki, fevralın 22-də Pşonka və Klimenko Donetsk aeroportunda sərhədçilər tərəfindən saxlanılarkən, hava limanı binasına silahlı şəxlər daxil olub və sərhədçilərə atəş açılıb. Bundan sonra isə hər iki şəxs naməlum istiqamətə doğru qaçıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB