Ukrayna Radasında heç bir fraksiyada təmsil olunmayan xalq deputatı İnna Boqoslovskaya parlamentdəki çıxışı zamanı bir sıra ittihamlar irəli sürüb. SİA Ukraynanın unian.net informasiya portalına istinadən xəbər verir ki, qadın deputat hazırda Radada vəzifə və fraksiyalar uğrunda amoral satış kampaniyasının aparıldığınıiddia edib.
"Sizlərin hər biriniz yaxşı bilirsiniz ki, Ali Radada yenidən ticarət başlayıb. Parlamentdə vəzifə tutmaq və fraksiyalarda yerləşmək uğrunda satış kampaniyası gedir" - deyən deputat iddia edib ki, bu ətrafda söhbətlər gedir və pullar sayılır: "Ticarət edənlər deputat qruplarında və fraksiyalarda vəzifəyə sahib olmaq üçün pul kisələrini açıblar".
Boqoslovskaya vurğulayıb ki, parlament siyasət və biznesin korrupsiya mərkəzi ola bilməz: "Əks təqdirdə Ukrayna bu dəfə daha sərt şəkildə ayağa qalxacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB