Ukraynanın baş nazir postuna üç namizəd var

Ukraynanın baş nazir postuna üç namizəd var

Ukrayna Ali Radası bu gün işini davam etdirməkdədir. SİA bu ölkənin Unian.net informasiya portalına istinadən xəbər verir ki,"Batkivşina"dan olan xalq deputatı Nikolay Tomenko jurnalistlərə müsahibəsində Ali Radada koalisiya hökumətinin yaradılacağını istisna etməyib və bundan sonra baş nazirin kim olacağının müəyylənləşdiriləcəyini bildirib. Tomenko qeyd edib ki, hələlik baş nazir postuna namizəd kimi üç nəfərin adı siyahıya salınıb. Bunlar Pyotr Poroçenki, Yuliya Timoşenko və Arseniy Yatsenyukdur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə