ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Belə ki, qəza nəticəsində 3 nəfər ölüb. 2 nəfərin hadisə nəticəsində, 1 nəfərin isə xəstəxanada keçindiyi bildirilir.
İkimotorlu Beechcraft Baron təyyarəsi eniş zamanı Laqranj şəhərinin hava limanına düşüb.
Hazırda hadisə ilə bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB