Kiyevdə toqquşmada xəsarət alanların sayı 645 nəfərə çatdı

Kiyevdə toqquşmada xəsarət alanların sayı 645 nəfərə çatdı

Kiyevdə baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 645 nəfərə çatıb. Bu barədə SİA xəbər verir. Ukrayna Səhiyyə Nazirliyinin məlumata görə, bu rəqəm fevralın 18-dən bu günə qədər qeydə alınan rəqəmdir.

Ötən gün isə sutka ərzində aksiyalar zamanı xəsarət alan 42 nəfər xəstəxanaya müraciət edib. Onlardan 33 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxana qalıblar.

Nazirliyin açıqlamasında toqquşmalar zamanı həlak olanların sayının 82 nəfərə çatdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə