"Taliban" hərəkatının dəstəsi Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü səhər tezdən hərbi bazaya hücum edib. 19 hərbçi həlak olub, daha yeddi nəfər əsir götürülüb. SİA İTAR-TASS agentliyinə istinadən bu barədə Reuters agentliyi məlumat verir.
"Əfqanıstanın təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən ələ keçirdikləri hərbçiləri azad edilməsi məqsədilə əməliyyata başlayıblar", - vilayət qubernatorunun rəsmi nümayəndəsi Əbdül Qəni Müsamema bildirib.
Onun sözlərinə görə, hücum Pakistanla sərhədin yaxınlığındakı və çətinliklə gedilə bilən rayonda yerləşən hərbi bazaya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB