İtaliyanın yeni hökumətində vəzifələrin yarısını qadınlar tutur

İtaliyanın yeni hökumətində vəzifələrin yarısını qadınlar tutur

Florensiyanın meri – ölkə prezidenti tərəfindən İtaliyanın Baş naziri vəzifəsinə irəli sürülmüş Matteo Rentsi yeni nazirlər kabinetinin siyahısını təqdim edib. Bir neçə gün ərzində o, koalisiyanın tərkibinə daxil olacaq müxtəlif fraksiyalarla danışıqlar aparıb.

Rentsinin təklifinə görə, yeni nazirlər kabinetində bütün vəzifələrin yarısı qadınların olacaq.

Keçən həftənin sonunda partiya kabinetə etimadsızlıq göstərdiyini bildirdikdən sonra ölkənin keçmiş Baş naziri Enriko Letta istefa verib.

2014-cü il fevralın 22-də Rentsinin və yeni Nazirlər Kabinetinin andiçmə mərasiminin olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə