Əbdüləziz Buteflika yenidən Əlcəzair prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
Əlcəzairin 76 yaşlı Prezidenti Əbdüləziz Buteflika ölkədə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürdüyünü rəsmən elan edib. Bu barədə Əlcəzairin Baş naziri məlumat verib.
Bildirilib ki, 1999-cu ildən hakimiyyətdə olan və dördüncü dəfə prezident seçilmək qərarı verən Əbdüləziz Buteflikanın seçkilərdə iştirakı ilə bağlı zəruri sənədlər ölkənin Daxili İşlər Nazirliyinə təqdim olunub.
Ölkə qanunvericiliyinə uyğun olaraq prezident seçkilərində iştirak etmək istəyənlər martın 4-dək öz namizədliklərini irəli sürə bilərlər. Konstitusiya Şurası isə 10 gün ərzində namizədlərin sənədlərini nəzərdən keçirdikdən sonra onların siyahısını elan etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB