Yuliya Timoşenko Ukraynada prezident seçkilərində iştirak edəcək

Yuliya Timoşenko Ukraynada prezident seçkilərində iştirak edəcək

Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko şənbə günü prezidentinin postuna öz namizədliyini irəli sürəcəyini bildirib. Bu barədə SİA İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Yuliya Timoşenko şənbə günü Xarkov xəstəxanasının ərazisini tərk edib.

Xatırladaq ki, Ukrayna parlamenti vaxtından əvvəl prezident seçkilərini mayın 25-nə təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə