Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak xəstəliyi ilə əlaqədar ərizə yazıb. Bu barədə Radanın vitse-spikeri Ruslan Koşulinski şənbə günü parlamentin iclasını açarkən məlumat verib. SİA-nın məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.
Vitse-spiker deyib: "Ali Radanın rəhbəri Vladimir Vladimiroviç Rıbak xəstəliyi və müalicəsi ilə əlaqədar ərizə yazıb. O, Ukrayna Ali Radasının sədri səlahiyyətlərinin ondan alınmasını xahiş edir".
Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində ən azı 80 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB