Ali Rada Viktor Yanukoviçi vəzifəsində kənarlaşdırmağa hazırlaşır

Ali Rada Viktor Yanukoviçi vəzifəsində kənarlaşdırmağa hazırlaşır

Ukrayna Ali Radası prezidenti Viktor Yanukoviçin vəzifəsindən kənarlaşdırılması üçün qanun qəbul edəcək. SİA-nın "RBK Ukraina" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Mukola Rudkovski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qanun layihəsinin Ali Radada qəbul olunması üçün əlindən gələni edəcək: "Mən bunun üçün var qüvvəmlə çalışacağam. Hətta qərarın qəbul olunması üçün millət vəkillərinə təkid edəcəm".

Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 21-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. Müxalifət isə qələbəsindən sonra toqquşmalarda həlak olan nümayişçilərlə vida mərasimi keçirir. Ölkədə bu gün və sabah üçün bütün əyləncəli tədbirlər və idman yarışları təxirə salınıb, dövlət bayraqları endiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə