Ali Rada növbədənkənar prezident seçkilərinə gedir

Ali Rada növbədənkənar prezident seçkilərinə gedir

Ukraynanın Ali Radası bu gün təcili sessiya keçirməyi nəzərdə tutub. SİA Ukraynanın ru.tsn.ua saytına istinadən xəbər verir ki, sessiyada növbədənkənar prezident seçkilərinin keçirilməsi gününün müəyylənləşdirilməsi ilə yanaşı ölkənin baş prokurorunun istefası məsələsinə də baxılacaq.

Bu arada Maydanda matəm mitinqinin keçirildiyi ərəfədə etirazçılar deputatlardan prezident Viktor Yanukovişin dərhal istefasına səs verməyi tələb edirlər.

Xatırladaq ki, dünən müxalifət nümayəndələri ilə prezidentin görüşündə 2004-cü ilin konstitusiyasının yenidən qüvvəyə minməsi haqda razılıq əldə olunub. Rada eyni zamanda Yuliya Timoşenkonun azad olması istiqamətində "yaşıl işıq" yandırıb, eyni zamanda daxili işlər naziri Vitali Zaxarçenkonu istefaya göndərib. Hazırda Zaxarçenkonun Belarusda olduğu xəbər verilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə