The Financial Times: “Rusiya Krıma görə müharibə edə bilər”

The Financial Times: “Rusiya Krıma görə müharibə edə bilər”

"Əgər Ukraynada parçalanma baş verəsə, Rusiya Krıma görə müharibəyə başlaya bilər". SİA-nın məlumatına görə, bu barədə The Financial Times nəşri Rusiyanın nüfuzlu mənbələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, ölkənin siyasi dairələri iddia edirlər ki, əgər Ukrayna iki yerə ayrılarsa, ilk növbədə Krımdan məhrum olacaq. Belə ki, eyni situasiya Gürcüstanda olduğu kimi baş verə bilər. Rusiyalı mənbə bununla bağlı deyib: "Biz Gürcüstanda olduğu kimi, Krıma daxil olaraq oranı müdafiə edəcəyik".

The Financial Times xatırladıb ki, 2008-ci ilin yayında Gürcüstanın hərbi birləşmələri separatçı Cənubi Osetiya respublikasının ərazisinə daxil olandan sonra Rusiya hərbi maşını Gürcüstana müdaxilə edib və nəticədə Cənubi Osetiya ilə Abxaziyanı müstəqil ölkə kimi tanıyıb. Kemldə isə bu münaqişəni soyuq müharibə dövründə ən ciddi qarşıdurma kimi dəyərləndirirlər.

Nəşr son olaraq qeyd edib ki, eyni ssenarinin təkrarlanacağına ehtimal bu dəfə Ukraynada baş verən hadisələrdən doğa bilər. Belə ki, Krımın 60% əhalisini ruslar, yerdə qalan 40%-ni isə ukraynalı və Krım tatarları təşkil edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə