Viktor Yanukoviç ölkədən qaçdı

Viktor Yanukoviç ölkədən qaçdı

Ukrayna prezidenti Viktor Yanukoviç paytaxt Kiyevi tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.

Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıblar. Eyni məlumatı ABŞ Dövlət Departamentindəki mənbə də təsdiqləyib. ABŞ rəsmilərinə bu məlumatı isə xarici işlər naziri Leonid Kojara verib.

Lakin Xarkov hava limanının rəsmisi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.

Bəzi informasiya agentlikləri isə president təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi bildirirlər.

Qeyd edək ki, V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə