Latviya Qızıl Xaç Cəmiyyəti Ukraynada iğtişaşların qurbanlarına yardım göstərmək üçün vəsait toplamağa başlayıb
Latviya xarici işlər naziri Edqars Rinkeviçin təşəbbüsü ilə Latviya Qızıl Xaç Cəmiyyəti (LQXC) Ukraynada iğtişaşların qurbanlarına yardım göstərmək üçün vəsait toplamağa başlayıb. Latviya xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər ki, LQXC ianə üçün xüsusi hesab açıb. Toplanmış vəsait Ukrayna Qızıl Xaç Cəmiyyətinə veriləcək.
Bundan əlavə, LQXC yardımın həcmini aydınlaşdırmaq üçün ukraynalı həmkarları ilə danışıqlara başlayıb. Bildirilib ki, Latviya Ukraynaya ilkin tibbi yardım göstərmək üçün zəruri olan dərman və materiallar göndərməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB