Ukrayna 2004-cü ilin Konstitusiya qanunlarına qayıdır

Ukrayna 2004-cü ilin Konstitusiya qanunlarına qayıdır
"Ukrayna Radası bu gün 2004-cü ilin konstitusiyasına qayıtmalıdır". Bu barədə Ukrayna Ali Radasının sədri Vladimir Rıbak parlamentdəki çıxışında bəyan edib. SİA Ukraynanın unian.net informasiya portalına istinadən xəbər verir ki, spiker bu qanunun qəbulunu gecikdirməməyi tövsiyə edib.

"İlk olaraq bu qanunu qəbul etməliyik və 2004-cü ilin Konstitusiyasına qayıtmalıyıq" - deyə bildirən Rıbak eyni zamanda qeyd edib ki, aksiyalarda həbs olunan şəxslərin amnistiyaya buraxılması məsələsi də məhz bu gün həll edilməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə