Kiyevin Müstəqillik Maydanında bu səhərdən başlayaraq silahlı qarşıdurmalarda həlak olanların xatirəsinə dualar oxunub. SİA Ukraynada rus dilində fəaliyyət göstərən ru.tsn.ua saytına istinadən xəbər verir ki, hələlik Maydanda sakitlik hökm sürür. Lakin bununla yanaşı, mitinq iştirakçılarına ərzaqlar və dəbilqələr paylanılır.
Kiyevin əsas iki avtomobil yolları yalnız təcili tibbi yardım maşınlarının keçidi üçün açıqdır və Maydana yaxın bir neçə kafe hospital kimi fəaliyyət göstərir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB