Yanukoviç Avropa İttifaqı və müxalifətlə sənəd imzalayacaq

Yanukoviç Avropa İttifaqı və müxalifətlə sənəd imzalayacaq
Yanukoviç müxalifət və Avropa İttifaqı rəsmilərilə Bakı vaxtı ilə saat 14:00-da Ukraynadakı böhranlı vəziyyəti aradan qaldırmaq istiqamətində aparılan danışıqlarda əldə edilmiş razılaşmalara əsasən sənəd imzalayacaq. SİA Ukraynanın Unian.net informasiya portalına istinadən xəbər verir ki, müxalifət liderləri və Avropa İttifaqı təmsilçiləri ilə yanaşı danışıqlarda Rusiya Federasiyasının bir neçə rəsmisi də iştirak edir.

Ukrayna prezidentinin mətbuat xidməti də bu xəbəri təsdiq edib və qeyd olunub ki, danışıqlar zamanı müəyyən sənədlər imzalanacaq və imzalanma prosesi Kiyev vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) baş tutacaq. Mətbuat xidməti onu da qeyd edib ki, danışıqlar gecə saatlarından başlayıb və gərgin şəraitdə keçirilib.

Xatırladaq ki, Ukraynada silahlı qarşıdurmalar nəticəsində çoxsaylı insan tələfatları qeydə alınıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com