Kiyevdə baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 77- yə çatıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, bu rəqəm fevral ayının 18-dən bu gün səhər saatlarına qədər həlak olanların sayını ifadə edir.
Toqquşmada yaralananların sayı isə 577 nəfər çatıb.
Qeyd edək ki, çərşənbə günü Ukraynanın Prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri arasında atəşkəs və qan tökülməsinin qarşısının alınması istiqamətində danışıqlar aparılması ilə əlaqədar razılıq əldə olunub. Lakin "Sağ sektor" radikal milliyətçi təşkilatının lideri bu razılaşmanın formal xarakter daşıdığını və buna əməl etmək niyyətində olmadığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB