Ukraynanın səhiyyə nazirliyi bildirir ki, Kiyevdə toqquşmalar başlayandan 75 nəfər həlak olub, tibbi yardım üçün 570 mindən çox insan müraciət edib. SİA RİA Novosti agentliyinə istinadən bu barədə nazirliyin saytında deyilir.
Əvvəllər Səhiyyə nazirliyi 67 nəfərin həlak olduğunu bildirib.
"Toqquşmalar başlayandan 75 nəfər həlak olub", - məlumatda deyilir.
Ümumilikdə tibbi yardım üçün 571 zərərçəkən müraciət edib, onlardan 363 nəfər xəstəxanaya yerləşdirilib. Bu zaman 76 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, nazirlikdən bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB