Yaponiyada yağan güclü qarın fəsadlarını hələ də aradan qaldırmaq mümkün olmayıb

Yaponiyada yağan güclü qarın fəsadlarını hələ də aradan qaldırmaq mümkün olmayıb

Yaponiyanın şərqindəki dörd prefekturaya və paytaxt Tokioya yağan güclü qar yağmasından beş gün keçməsinə baxmayaraq, hələ də 2500-dən çox ev təsərrüfatının xarici aləmlə əlaqəsi bərpa olunmayıb.

Yamanasi prefekturasında fevralın 19-da 1500 ev təsərrüfatını əhatə edən 17 yaşayış məntəqəsinə gedən yol hələ də bağlıdır. Tokionun qərbində təqribən 340, Saytama prefekturasında 410, Qunma prefekturasında 220, Naqanı prefekturasında isə 12 ev təsərrüfatının da xarici aləmlə heç bir əlaqəsi yoxdur.

Fevralın 19-da özünümüdafiə qüvvələrinin 30 xidmətçisi Yamanasi prefekturasının dağlarda yerləşən Hayakava şəhərinə gedən yolu kürək vasitəsilə təmizləyiblər. Ötən bazar yağmış güclü qardan sonra bu şəhərə gedən yol tamamilə bağlanıb. Təqribən 400 sakin hələ də xarici aləmlə əlaqə saxlaya bilmir.

Yamanasi prefekturasının polisi qar əsiri olan sakinlərə ərzaq məhsullarını və digər ehtiyac duyduqları əşyaları helikopterlər vasitəsilə çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə