Kiyevdə jurnalisti güllələdilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Vesti" qəzetinin əməkdaşı Vyaçeslav Veremi ötən gün işdən evə dönərkən öldürülüb. Ötən gün gecə saatlarında evə dönən qəzet əməkdaşları maskalı şəxslər tərəfindən hücuma məruz qalıblar.
İşıqforda dayanan taksiyə hücum edənlər həm jurnalistlərə həm də taksi sürücüsünə ağır xəsarətlər yetiriblər. Taksi sürücüsü ayağından ağır zədə alıb. Jurnalistin birinin üzü tanınmaz hala salınıb, Vyaçeslav isə silahla vurulub. Onlara ilkin tibbi yardım göstərilib. Lakin Vyaçeslavın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə aparılıb. Əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, jurnalist xəstəxanadan yeni çıxmışdı. Bir ay bundan qabaq Qruşevskidə baş verən hadisə zamanı zədə almışdı və görmə qabiliyyətini qismən itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB