Amerikanın "National Review" qəzeti Amerika-yəhudi komitəsinin İctimai əlaqələr şöbəsinin keçmiş rəhbəri Ceyson Katsın "Əfqanıstanı canavarlara atmayın" sərlövhəli məqaləsini dərc edib.
Məqalədə müəllif Əfqanıstan barəsində düzgün siyasət yeritmədiyinə, xüsusən Amerika qoşunlarının bu il vaxtından əvvəl ölkədən çıxarılmasını planlaşdırdığına görə ABŞ hökumətini tənqid edir.
C.Kats Kabildəki Livan restoranında 21 adamın, o cümlədən Azərbaycanın dostu, beynəlxalq münasibətlər üzrə ekspert Aleksandros Petersenin öldürülməsini misal göstərərək yazır ki, ABŞ Əfqanıstanda terrora qarşı mübarizə siyasətinə sadiq qalmalıdır.
Daha sonra məqalədə C.Kats "Taliban" ilə danışıqların ümidsiz olduğunu bildirir, onun mövqeyini Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalını davam etdirən Ermənistanın mövqeyi ilə müqayisə edir.
Sonda müəllif ABŞ hökumətini Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərar edilməsi sahəsində əfqan xalqının göstərdiyi səyləri dəstəkləməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB