Ukrayna XİN-in rəhbəri xarici dövlətlərdən Kiyevdə baş verən hadisələrin pislənməsini gözləyir
Ukraynanın xarici işlər naziri Leonid Kojara xarici dövlətlərin və beynəlxalq təşkilatların çərşənbə axşamı Kiyevdə mitinqçilərin hərəkətlərini pisləyəcəklərini gözləyir. Bu barədə nazirin Ukrayna xarici siyasət idarəsinin mətbuat xidməti tərəfindən yayılmış bəyanatında məlumat verilir.
Bəyanatda deyilir: "Xarici dövlətləri və beynəlxalq təşkilatları Ukraynadakı vəziyyətin inkişafına obyektiv və qərəzsiz qiymət verməyə çağırırıq, radikal qüvvələrin hüquqa zidd hərəkətlərinin onlar tərəfindən qətiyyətlə pislənməsini gözləyirik".
Nazirin fikrincə, "Kiyevdə və Ukraynanın başqa şəhərlərində özlərini dinc etiraz mitinqlərinin iştirakçıları kimi qələmə verən radikal qüvvələr heç bir səbəb olmadan yeni zorakılıq və qanunsuzluq törətmişlər".
L.Kojara deyib: "Mitinqçilər dövlət hakimiyyəti orqanlarının binalarına basqınlar edir, evləri yandırır, hüquq mühafizə orqanlarının əməkdaşlarına ağır bədən xəsarətləri yetirir, odlu silahdan istifadə edir və başqa vətəndaşları da buna çağırırlar".
Ukraynanın xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, etiraz edənlərin belə hərəkətləri hakimiyyət orqanlarından asayişi bərpa etmək məqsədilə qüvvədə olan qanunvericilik çərçivəsində hadisələrə lazımi qiymət verilməsini və adekvat tədbirlər görülməsini tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB