Cənubi Koreyanın paytaxtından 370 km aralıda yerləşən Gyeongju şəhərində binanın dağılması nəticəsində ölənlərin sayı 10-a çatıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, faciə universitetin birinci kurs tələbələrinin bayram etdiyi zamanda baş verib. Ona görə də zərəçəkənlərin arasında tələbələr çoxluq təşkil edir.
İlkin məlumatlara görə, binanın çökməsinə qar səbəb olub. Belə ki, son zaman ölkədə yağan güclü qar binanın damına yığılıb və qar yığının ağırlığı nəticəsində bina dağılıb.
Hadisə nəticəsində 100-dən çox insan zərər çəkib. 15 nəfər haqqında isə heç bir məlumat yoxdur.
Hazırda hadisənin baş vermə səbəbləri dəqiq şəkildə araşdırılır. Polis və fövqəladə hallar nazirliyinin 400-ə yaxın əməkdaşı hadisə yerinə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB