Barrozu: "Şotlandiya yenidən Avropa İttifaqına daxil olmaqda çətinlik çəkəcək"
"Şotlandiya Böyük Brtitaniyanın tərkibindən çıxaraq müstəqilliyini elan etsə və dövlət suverenliyini qəbul etsə bu zaman onun Avropa İttifaqına (Aİ) daxil olunmasında çətinliklər yaranacaq". SİA-nın məlumatına görə, bu barədə Avropa komissiyasının rəhbəri Joze Manuel Barrozu BBC radiostansiyasına müsahibə verərkən deyib.
"Aİ tərkibindən çıxaraq müstəqillliyini elan bir dövlətin yenidən ittifaqa qoşulması mümkün deyil"-deyə bəyan edən Barrozu nəticədə şotlandiyalı millətçilərin hədəfinə tuş gəlib. Şotland millətçiləri Aİ rəhbərliyini şotlandiyalıları təhdiddə günahlandırıblar.
Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi istiqamətində keçiriləcək referendum bu ilin sentyabrında baş tutacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB