Braziliya Senatı narkotik bitkilərinin istifadə edilməsi ilə bağlı yeni qanun layihəsinin müzakirəsinə başlayır. SİA-nın məlumatına görə, bu barədə ölkənin "Folha de Sao Paulo" nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki, narkotik bitki sayılan marixuananın istifadəsi ev şəraitində və nəzarət altında olmalıdır. Eyni zamanda qanun layihəsində marixuananın müəyyən klublarda lisenziyalaşdırılması və leqallaşdırılması da nəzərdə tutulub. Hansı ki, həmin klublar onun əkilməsində və satılmasında müəyyən rola malik olacaqlar.
Qeyd edək ki, Senat bu barədə rəsmi sorğu keçirib və internet vasitəsilə bir həftə ərzində 20 min insan həmin layihəni dəstəkləyib. Lakin Braziliya Senatının senatoru Kristovam Buarke bildirib ki, sözügedən layihəyə elə də xüsusi simpatiyası yoxdur."Mən bu məsələnin mzakirəsindən imtina etməsəm də müəyyən təklifləri dəyərləndirəcəm"-deyə qeyd edən senator hələlik qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı haqqında məlumatsız olduğunu deyib.
Qeyd edək ki, əgər Braziliya hökuməti narkotiki leqallaşdırsa bu ölkə Uruqvaydan sonra marixuananın leqallaşdırılması baxımından dünyada ikinci dövlət olacaq. Belə ki, Uruqvayda marixuananın leqallaşdırılması ötən ilin dekabrında prezident Xose Muxika tərəfindən dəstəklənmişdi və o bu barədə xüsusi sərəncam imzalamışdı.
Xatırladaq ki, Uruqvayda marixuananın əkilməsi, satılması üçün müəyyən yerlər mövcuddur. Ölkə vətəndaşları apteklərə xüsusi kartlar təqdim edərək ayda 40 qram marixuana ala bilmək hüququna malikdirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB