Məhəmməd Mursi və onun 35 tərəfdarının məhkəməsi başlayıb

Məhəmməd Mursi və onun 35 tərəfdarının məhkəməsi başlayıb

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin, eləcə də onun 35 tərəfdarının casusçuluq və dövlətçiliyə xəyanət ittihamı üzrə məhkəmələri paytaxt Qahirədə başlayıb. O cümlədən, onlara ölkə ərazisində ekstemist radikal dini qrupların yaradılması, terror aktlarının hazırlanması ittihamı da irəli sürülüb. SİA Ria.ru-ya istinadən xəbər verir ki, "Müsəlman qardaşları"nın istintaqı zamanı onların xarici ölkə kəşfiyyatları ilə əlaqələri ifşa olunub. İrəli sürülən növbəti ittiham isə Mursinin 2012-ci ilin dekabrında ölkə prezidentinin rezidenturası qarşısında nümayişçilərə qarşı həddən artıq qəddar davranmasıdır.

Məhkəmə televiziya vasitəsilə canlı olaraq yayımlanır və "Müsəlman qardaşları" təşkilatının dini lideri Məhəmməd Bədiənin də mühakimə olunacağı bildirilir. Misir prokurorluğu mətbuata açıqlamasında qeyd edib ki, daha 15 nəfər Mursi tərəfdarı ölkə ərazisini tək edib və onlar beynəlxalq axtarışdadırlar.

Xatırladaq ki, Məhəmməd Mursi Misir prezidenti seçilənə qədər "Müsəlman qardaşları" təşkilatının sədr müavini olub. O, 3 iyul 2013-cü ildə misirlilərin tələbi ilə istefaya getməyəcəyini bəyan etmiş, nəticədə ordu onun hakimiyyətini devirməklə xalqın yanında dayanmışdı. Hazırda Məhəmməd Mursi Misirin İsgəndəriyyə şəhərində yerləşən Bürc əl-ərəb təcridxanasında sxlanılır və məhkəməyə də oradan aparılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə