Angela Merkel: "Yeni Avropa kommunikasiya sistemi yaradılmalıdır"

Angela Merkel: "Yeni Avropa kommunikasiya sistemi yaradılmalıdır"

Yeni Avropa kommunikasiya sistemi yaradılmalıdır. Almaniya kansleri Angela Merkel Paris səfərində Fransa prezidenti Fransua Ollandla bu haqda məsələ qaldıracağını bildirib. SİA BBC-yə istinadən xəbər verir ki, Almaniya kansleri onun və digər Avropa siyasi liderlərinin telefon danışıqlarının ABŞ kəşfiyyatı tərəfindən dinlənilməsindən sonra belə bir ideya qərarını reallallaşdırmağı təklif edib. O, bəyanatında bildirib ki, kommunikasiya xəttləri ABŞ-ı görməyəcək və elektron məktublar, eləcə də digər şəbəkələr avtomatik olaraq ABŞ ərazisindən keçməyəcək.

Xatırladaq ki, 2013-cü ilin payızında Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snouden Avropa siyasi liderlərinin izlənməsi barədə məlummatları mətbuata yaymışdı. Məhz bundan sonra bəlli olmuşdu ki, ABŞ kəşfiyyatı kütləvi olaraq telefon danışıqlarını dinləyib, eyni zamanda Amerikaya müttəfiq olan dövlət başçıları da bu sırada olub. Beləliklə, məlum olub ki, ABŞ kəşfiyyatının bu istiqamətdə fəaliyyət göstərən ANB təşkilatı bütövlükdə 35 ölkə başçısının telefon danışıqlarını dinləyib.

ABŞ prezidenti Barak Obama isə skandaldan sonra Amerikaya müttəfiq olan xarici ölkə liderlərinin danışıqlarının dinlənilməsində məhdudiyyət qoyduğunu bəyan etmişdi. Obama Almaniyanın ZDF TV telekanalına müsahibəsində onu da bildirmişdi ki, Angela Mekelin telefon danışıqlarının izlənməsi sadəcə bir səhv olub və bu səhv yenidən təkrarlanmayacaq.

ANB-nin direktoru Kit Aleksander isə KİV-ə açıalamasında qeyd etmişdi ki, Snouden adıçəkilən təşkilatın 200 minə qədər məxfi sənədlərini mətbuata ötürüb.

Qeyd edək ki, Snouden Rusiyadan bir illik sığınacaq alıb və hazırda orada yaşayır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə