İraqlı şiə lideri daha siyasətlə maraqlanmayacağını bildirdi

İraqlı şiə lideri daha siyasətlə maraqlanmayacağını bildirdi

İraqlı şiə lideri Müqtəda əs-Sədr siyasi, mədəni və sosial sahədə ölkә daxilindә vә xaricdə fəaliyyət göstərən bütün ofislərinin fәaliyyәtinin dayandırılmasını istәyib. SİA-nın Türkiyə mətbuatına istinadən o, siyasi həyatını sona çatdırması ilə bağlı qərar verib.

Daha siyasətlə maraqlanmayacağını, parlament seçkilәrindә iştirak etmiyәcәyini, formalaşacaq hökumətlәr ilә koalisiya yaratmayacağını dilə gətirən sədr yalnız dini sahədə fəaliyyət göstərəcəyini, ailəsinin adını və etibarını qorumaq istədiyi üçün belә bir qәrarın qәbul etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə