Avropa Komissiyası keçən həftə İspaniyanın Seut yarımanklavının sahilində sərhədi keçməyə cəhd göstərmiş Afrika miqrantlarının böyük bir qrupuna polisin nə üçün rezin güllələrlə atəş açdığı barədə İspaniyadan izahat tələb edir.
İspaniya və Mərakeş sərhədində baş vermiş münaqişə nəticəsində 14 nəfər həlak olub.
Miqrantlar Seutda sərhədi keçmək istərkən Mərakeş sərhədçiləri onları saxlamağa başlayıblar.
Miqrantların çoxu – 300-400 nəfər Mərakeşin hakimiyyət orqanları tərəfindən saxlanılıb, lakin bəziləri üzə-üzə İspaniya ərazisinə çatmaq üçün suya tullanıb və boğulublar.
Daxili siyasət üzrə Avropa komissarı Sesiliya Malstryom deyib ki, Avropa İttifaqının hər bir dövlətinin öz sərhədlərinin qorunması üzrə fəaliyyəti "proporsional" olmalı və insan hüquqlarını pozmamalıdır.
İspaniyanın daxili işlər naziri təkid edir ki, rezin güllələr atılsa da, İspaniya polisinin hərəkətləri nəticəsində heç kəs yaralanmayıb və ya suda boğulmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB