ABŞ-da 6 min 500-dən çox uçuş ləğv edilib Qar fırtınası davam edir

ABŞ-da 6 min 500-dən çox uçuş ləğv edilib Qar fırtınası davam edir

ABŞ-ın şərq əyalətlərində həyatı iflic edən qar fırtınası paytaxt Vaşinqtonu da öz təsiri altına alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərə ötən gecə 30 santimetrdən çox qar yağıb. Rəsmilər məktəblərdə və ictimai təşkilatlarda tətil elan edib.

Qar yağmağa başladıqdan sonra gecə saatlarında yollar qartəmizləyən texnika ilə təmizlənməyə başlayıb. Lakin yolları tam təmizləmək mümkün olmadığından Ağ Evin yaxınlığında nəhəng qar yığınları yaranıb.

Günorta saatlarında paytaxta qar yağmasa da, axşam yenidən şiddətli qar yağmağa başlayıb. Qar fırtınası ABŞ-da 1,2 milyon evi və iş yerini elektrik enerjisindən məhrum edib, 6 min 500-dən çox uçuş ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə