İranda 2 məhbus təcavüz etdiklərinə görə edam edildi

İranda 2 məhbus təcavüz etdiklərinə görə edam edildi

İranda adam qaçırtmaqda və təcavüz etməkdə günahlandırılan 2 məhbus edam edilib. SİA fars mətbuatına istinadən xəbər verir ki, edam insanların və məhbusların ailələrinin gözü qarşısında açıq havada keçirilib.

İran Ədliyyə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, məhkumlardan biri 8 yaşlı qızı qaçırıb təcavüz etdikdən sonra onu öldürməkdə günahlandırılıb. Digər 37 yaşlı məhkum isə 2008-ci ildə özünü polis kimi təqdim etməklə bir neçə qadını qaçırıb və onlara təcavüz edib. Edamlar Şiraz şəhərinin ən böyük meydanlarından birində reallaşıb.

Qeyd edək ki, İran qanunvericiliyinə əsasən təcavüzdə günahlandırılanlar edam edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə