Sevgililər günündə kompyuter mütəxəssislərin də peşə bayramı qeyd olunub

Sevgililər günündə kompyuter mütəxəssislərin də peşə bayramı qeyd olunub

Fevral 14-ü dünyada kompyuter sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə bayramı günü kimi qeyd olunur.
Hesablama resurslarının gücü və məhsuldarlığı kifayət qədər olmadığından 1943-cü ilin əvvəllərində kibernetiklər yeni hesablama qurğusunun konsepsiyasını – "ENIAC I" (Electrical Numerical Integrator And Calculator) kompyuterini hazırlamışdılar. Məhz 1946-cı ilin 14 fevral tarixində elm dünyasına ilk "ENIAC" elektron kompyuteri nümayiş etdirilib. Beləliklə, fevralın 14-ü dünyada kompyuter sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyri-rəsmi peşə bayramı kimi tarixə düşüb.
Əvvəlki kompyuterlər yalnız prototiplər və eksperimental variantlar idisə, "ENIAC" praktiki olaraq ilk real işləyən kompyuter olub. Bu hesablama maşınının hazırlanması Amerika ordusu tərəfindən maliyyələşdirilib. Kompyuter orduya hərbi hesablamalar, planlaşdırma və proqramlaşdırmanın həyata keçirilməsi istifadə olunurdu. 1955-ci il oktyabrın 2-də "ENIAC I" kompyuteri 23 saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə