Ötən gün Ankarada Türkiyə-Əfqanistan-Pakistan üçtərəfli zirvə görüşünün 8-ci toplantısı keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2007-ci ildən baş tutan Türkiyə-Əfqanıstan-Pakistan üçtərəfli görüşünə bu dəfə Çankaya Köşkü ev sahibliyi edib. Zirvə öncəsi əsas nəzərlər ikitərəfli görüşlərə yönəlib.
Türkiyən prezidenti Abdullah Gül Əfqanıstanın dövlət başçısı Həmid Kərzayi ilə, Baş nazir Rəcəb Tayyib Ərdoğan isə Pakistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb. Ardınca isə liderlərin 4-ü toplantısı keçirilib.
Türkiyə prezidenti Abdullah Gül zirvə görüçündən sonra təşkil edilən mətbuat konfransında deyib ki, "Əfqanıstanda sülh və əmin-amanlığın qorunması və bunun davam etməsi üçün başda Pakistan dövləti olmaqla birgə səylərimizi davam etdirəcəyik".
Əfqanıstan dövlət başçısı Həmid Kərzayi ilə Pakistanın baş naziri Nəvaz Şərif Türkiyənin Əfqanıstanda təhlükəsizliyin qorunmasına görə göstərdiyi köməyə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB