Türkiyənin Çorum vilayətində zəlzələ baş verib. SİA-nın məlumatına görə, 3.7 baş gücündə qeydə alınan zəlzələ Çorum vilayətinin Karqı rayonunda qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 23:23-də baş verib. Yeraltı təkanlar nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Türkiyənin Hatay vilayətində də zəlzələ olub. Belə ki, Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların bildirdiyinə görə, zəlzələ bu gecə 02:30-da, yerin 11 km dərinliyində qeydə alınıb. Yeraltı təkanların episentri Hatay vilayətinin İskəndərun şəhərində yerləşib. Tələfat və dağıntılar yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB