Yalançı diplomatlar peyda olub

Macarıstanda tütün məmulatları qaçaqmalçılığına görə, özünü diplomat kimi qələmə verən bir ukraynalı şəxs saxlanılıb. Fegerdormot şəhərindən olan polis patrulu Ukrayna diplomatik nömrə nişanlı minik avtomobilini yoxlayarkən maşında 28 milyon forintlik (təqribən 150 min dollar) 35 min siqaret aşkar edib.

Yerli hüquq mühafizəçilərinin məlumatına görə, qaçaq mal daşıyan avtomobili diplomatik vəsiqəsi olan 41 yaşlı Ukrayna vətəndaşı idarə edirmiş. Sonradan məlum olub ki, diplomatik nömrə nişanları və vəsiqə saxtadır.

Macarıstan polisi içərisində qaçaq mal olan avtomobili və sürücünü təhqiqat aparılması üçün Vergi-maliyyə idarəsinə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə