ABŞ Hərbi Dəniz Qüvvələrinin CSG 2 aviadaşıyıcı yola düşür

ABŞ Hərbi Dəniz Qüvvələrinin CSG 2 aviadaşıyıcı yola düşür

Fevralın 15-də böyük Corc Buş adına aviadaşıyıcı zərbə qrupu Hind okeanı rayonundakı dislokasiya yerinə yola düşəcək. Həm də CSG 2 adı ilə tanınan qrup içərisində beş min Amerika hərbçisi olan dörd gəmi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki beşinci donanmasının bazasına yollanacaq.

Kontr-admiral Con Akilinonun komandanlığı altında CSG 2 təyyarə daşıyıcı zərbə qrupu "Corc Buş" hərbi təyyarə gəmisindən, "Trakston", "Ruzvelt", "Filippin dənizi" raket esmineslərindən ibarətdir. Təyyarə gəmisində daim "Fighting Black Lions-213", "Tomcatters-31", "Valions-15", "Golden Warriors-87" qırıcı hücum eskadrilyaları, "Garudas-134" elektron silahının tətbiqi ilə müharibə üçün taktiki eskadrilya, "Bear Aces-124" UTLA (uzaq radiolokasiya aşkarlanması) göyərtə aviasiya eskadrilyası, "Rawhides-40" donanmanın maddi-texniki təchizatı eskadrilyası, HSM 70 "Spartans" zərbə vertolyotlarının və dəniz döyüşləri üçün HSC 9 "Tridents" vertolyotlarının dəniz eskadrilyası olacaq.

Dislokasiyadan sonra qrup ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci və altıncı donanmasının əməliyyat rayonlarında xidmət edəcək.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının əhatə zonasına Hind okeanının qərb hissəsi, İran körfəzi, Qırmızı dəniz və Ərəbistan dənizi daxildir. ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının cavabdeh olduğu zonaya isə Aralıq dənizi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə