İşğal faktının inkar edilməsinə görə üç il müddətinə qədər real həbs cəzası
Latviya Seyminin Hquq Komissiyası fevralın 11-də Cinayət Qanununa sovet və Almaniya işğallarının açıq şəkildə inkar edilməsinə, bu işğallara bəraət qazandırılmasına və onların mədh edilməsinə görə həbs cəzası nəzərdə tutan düzəlişləri üçüncü oxunuşda baxılması üçün təsdiq edib.
Ədliyyə Nazirliyinin təklif etdiyi layihədə belə hərəkətlərə görə üç il müddətinə həbs cəzası, habelə qısamüddətli həbs, icbari iş və cərimələr nəzərdə tutulur.
Deputat Andrey Yudinin ("Birlik") sözlərinə görə, sənədlər üzərində işləyən deputatlar bildiriblər ki, düzəlişlərdə işğal faktının inkar edilmədiyi, lakin Latviyanın maraqlarına müvafiq hüquqi fakt kimi baxılan hallar nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq layihə zəruri müddəalarla tamamlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB