Amerikanın Nyu Cersi ştatında zavodun partlaması nəticəsində 15 nəfər xəsarət alıb. Bu barədə SİA- xarici mətbuata istinadən xəbər verir. Yaralıların vəziyyəti ağır qiymətləndirilsə də, onların həyatı təhlükədə olmadıqları vurğulanır. Partlayış zamanı ərazidə 450 nəfər insan olsa da, onlar ərazidən köçürülüblər.
Hadisə yerinə bir neçə yanğınsöndürən briqadası cəlb edilib. Mütəxəssislər zavodda təhlükə yaradan maddələr üzərində iş aparırlar.
Hazırda hadisə ilə bağlı araşdırılma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB